ABŞ-da 5 mindən çox aviareys təxirə salınıb.

Unikal.org xarici mətbuata istinadən  xəbər verir ki, buna səbəb ölkənin şərq sahillərində müşahidə olunan çovğundur.

"FlightAware" aviasiya portalı bu gün 5348 daxili və xarici reysin ləğv edildiyini yazır.

Nyu York hakimiyyəti sakinləri şəxsi avtomobillərdən mümkün qədər istifadə etməməyə çağırıb.