"Alı Mustafayev adına 202â„–-li tam orta məktəbin 11-ci sinfində oxuyan N. K. ötən gün saat 14.00 radələrində məktəbdən çıxıb, itkin düşməsi ilə bağlı yayılan məlumatlar yalandır".

Bu barədə unikal.org-a məktəbin direktoru Qasımov Qasım açıqlama verib. O, bildirib ki, qız evə gec getdiyinə görə, polis idarəsinə itkin düşməsi ilə bağlı məlumat verilib: " Sonra qızın evə qayıtmasına baxmayaraq polisə bu barədə heç bir məlumat verilməyib. O, dünən məktəbdə olub. Səhər polislə danışdım. Daha sonra məktəbli qızın anası ilə əlaqə qurdum. Məlum oldu ki, məktəbli qızın qardaşları su-çiçəyi tutduğundan evə gec gedib. Ana da, həyacanlı şəkildə polisə məlumat verib. Artıq təhsil idarəsindən də məsələ ilə maraqlandırlar. Mən də yazılı şəkildə izahat verdim.

Qeyd edək ki, Bakıda məktəbli itkin düşməsi ilə bağlı məlumat yayılıb. Nərimanov rayon Polis İdarəsindən APA-ya verilən məlumata görə, rayon sakini, 1999-cu il təvəllüdlü N. K.-nın itkin düşməsi barədə polisə məlumat daxil olub.

Amid