Füzuli rayonunda oğurluq etdiyi evi yandırmaqda şübhəli bilinən qadın saxlanılıb.
Unikal.org Daxili İşlər Nazirliyinin rəsmi saytına isinadən xəbər verir ki, fevralın 11-də Füzuli rayonunda yaşayan Mədinə İsmayılovanın evindən məişət əşyaları oğurlamaqda, habelə evi qəsdən yandırmaqda şübhəli bilinən həmyerlisi Nazilə Novruzova Füzuli Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən saxlanılıb.