Bakıda marketə daxil olan şəxsin avtomobili qaçırılıb.
Unikal.org "Report"a istinadən xəbər verir ki, hadisə Abşeron rayonunda qeydə alınıb.
Belə ki, Hüseynov Sadiq Çingiz oğlu idarə etdiyi 90-SS-401 dövlət qeydiyyat nömrə nişanlı "Hyundai Terracan" markalı avtomobili Bakı-Sumqayıt şosesinin üzərində yerləşən marketlərdən birinin önündə saxlayıb və avtomobili işlək vəziyyətdə qoyaraq marketə daxil olub.
Cəmi 11 dəqiqə ərzində geri dönən sürücü S.Hüseynov avtomobilini tapmayıb. Məlum olub ki, avtomobil naməlum şəxs və ya şəxslər tərəfindən qaçırılıb. "Hyundai Terracan" markalı avtomobil qaçırılarkən içərisində mobil telefon və şəxsi əşyalar olub.
Faktla bağlı Abşeron Rayon Polis İdarəsinə müraciət olunub, araşdırma aparılır.