Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində narkotik vasitələrin dövriyyəsində təqsirləndirilən Renad Əliyevin cinayət işi üzrə məhkəmənin hazırlıq iclası keçirilib.
Unikal.org apa-ya istinadən xəbər verir ki, hakim Eldar İsmayılovun sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxsin anket məlumatları dəqiqləşdirilib.
Məhkəmə baxışı martın 28-nə təyin edilib.
Qeyd edək ki, Renad Əliyev karatenin şotokan və vade-ryu növləri üzrə ikiqat Avropa Çempionu, beynəlxalq dərəcəli hakim, Ümumdünya Şotokan Karate Federasiyasının Azərbaycandakı nümayəndəsidir.
Renad Əliyev ötən il oktyabrın 18-də həbs olunub. Ona satış məqsədilə narkotik maddələri saxlamaq ittihamı irəli sürülüb.