Şirkət məlumat yayıb
Rusiya baş nazirinin müavini Dmitri Roqozinin oğlu Aleksey Roqozin ölkənin "Nəqliyyat üzrə Avia-tikinti Birliyi" şirkətinin vitse-prezidenti təyin edilib.
Unikal.org BBC-yə istinadən xəbər verir ki, bu barədə şirkət məlumat yayıb.
Bu şirkəti Rusiyanın ən nəhəng səhmdar cəmiyyəti olub, ölkədəki bütün avia-tikinti şirkətlərini birləşdirir. Şirkətin səhmlərinin 90 faizdən çoxu dövlətə, qalanı isə Xarici Ticarət Bankına (VEB) və xüsusi səhmdarlara məxsusdur.
Otuz dördyaşlı Aleksey Roqozin silah istehsal edən "Orsis şirkətində işləyib. Bir müddət sonra Aleksinsk Kimyəvi Kombinatın direktoru olub, ötən ilin aprelindən isə RusiyaMüdafiə Nazirliyinin Əmlak məsələləri İdarəsində işləyib. Nazirliyə məxsus "Aviaremont, "Spesremont və "Oboronloqistika müəssisələrinin kuratoru olub.