Rusiyanın "Roskosmos şirkəti kosmonavtların qəbulunu elan edib.

Unikal.org-un məlumatına görə, qəbul prosesi ilin sonunadək davam edəcək. Şirkət 6-8 kosmonavt qəbul etməyi planlaşdırır.

Namizədlər Rusiya vətəndaşı, ali təhsilli və 35 yaşdan gənc olmalıdır.

Kosmonavt olmaq istəyənlər qəbul prosesində tibbi, psixoloji və fiziki yoxlamalardan keçiriləcək.

Qeyd edək ki, sonuncu dəfə "Roskosmosda kosmonavt qəbulu 2012-ci ildə keçirilib. Hazırda qurumun tərkibində 30 kosmonavt var ki, onlardan 14-ü hələ kosmosda olmayıb.