Rusiya prezidenti Vladimir Putin bu gün Cənubi Osetiyanın ayrı-ayrı hərbi bölmələrinin Rusiyanın Silahlı Qüvvələrinin tərkibinə daxil edilməsi haqqında sazişin imzalanması barədə hökumətin təklifinin qəbul olunması ilə bağlı göstəriş verib.

Unikal.org Rusiya KİV-ə istinadən bildirir ki, müvafiq sənəd Rusiyanın hüquqi informasiya rəsmi internet-portalında dərc edilib.

Putin, həmçinin Rusiya Müdafiə Nazirliyinə Xarici İşlər Nazirliyi ilə birgə Cənubi Osetiya ilə danışıqlar aparmaq və Rusiya adından göstərilən razılaşmanı imzalamaq barədə tapşırıq verib.