Kanadanın Alberta əyalətinin Mak-Mürrey şəhəri yaxınlığında "Syncrude" şirkətinin neftayırma zavodunda yanğın baş verib.

Unikal.org xəbər verir ki, zavodun personalı müəssisədən təxliyə edilib. Zavodun bütün giriş-çıxışları nəzarətə götürülüb.

Hadisə yerinə yanğınsöndürənlər və polis əməkdaşları cəlb olunub. Yanğının səbəbləri araşdırılır.

Hadisə zamanı 1 nəfər xəsarət alıb. Onun vəziyyətinin ağır olduğu bildirilir.