Şirvan Apellyasiya Məhkəməsində bacısını qətlə yetirən şəxsin apellyasiya şikayətinə baxılıb.
Unikal.org apa-ya istinadən xəbər verir ki, hakim İsmayıl Əhmədovun sədrliyi ilə keçirilən məhkəmə prosesində Sabirabad rayon Balakənd kənd sakini, 1979-cu il təvəllüdlü Hüseynov Məhəmməd Fəxrəddin oğlunun apellyasiya şikayəti təmin edilməyib. Birinci instansiya məhkəməsinin qərarı qüvvədə saxlanılıb.
Qeyd edək ki, ötən ilin iyul ayında Hüseynov Məhəmməd Fəxrəddin oğlu bacısı, 1984-cü il təvəllüdlü Şəmsiyyə Məhəmməd qızı Hüseynovanı bıçaqlayaraq öldürüb. Lənkəran Ağır Cinayətlər Məhkəməsi onu 17 il müddətinə azadlıqdan məhrum edib.