Nazir açıqlama verdi
İsrail ölkəyə turist gətirən hər bir turizm şirkətinə pul ödəyəcək.
Unikal.org "fins.az"a istinadən xəbər verir ki, bu barədə İsrailin turizm naziri yerli mediaya məlumat verərkən bildirib. Nazir qeyd edib ki, ölkənin Ovda və Ramon hava limanlarına gətirilən hər bir tuirstə görə İsrail hər bir turoperatora 45 avro ödəyəcək. Qərar 2017-ci il oktyabrın 15-dən 2018-ci il martın 29-dək qüvvədə olacaq.
Qeyd edək ki, 2016-cı ildə də İsrailə gətirilən hər bir turistə görə 45 avro ödənilib. İsrailin turizm nazirinin açıqlamasında o da bildirilib ki, 2016-cı ilin 2 oktyabrından 2017-ci ilin 2 martına qədər həyata keçirilən bu layihə təkcə Rusiyadan 20 mindən çox turist gətirib ki, bu da ötən illə müqayisədə 80 faiz çoxdur.
Onu da deyək ki, İsrail səfirliyi də bu qaydanın ölkəmizdəki şirkətlərə də aid olduğu bildirildi.