Konya vilayətinin Karapınar şəhərində dünyanın ən böyük günəş elektrik stansiyası tikiləcək.

Unikal.org "Anadolu" agentliyinə istinadən xəbər verir ki, yeni elektrik stansiya 1000 meqavatt gücündə işləyəcək.

Zavodun tikintisi tenderin qalibi olan şirkətlərlə sazişin bağlanmasından 21 ay müddətində həyata keçiriləcək. Artıq 4 şirkət tender üçün müraciət edib.