Bakıda tikilməkdə olan binada yanğın olub.

Unikal.org apa-ya istinadən xəbər verir ki, hadisə Xətai rayonu Babək prospektində tikilməkdə olan 16 mərtəbəli binanın 2-ci mərtəbəsində qeydə alınıb. 

Yanğın nəticəsində orada işləyən, Tovuz rayon sakini Muradxan Qarayev yanaraq ölüb.

Fakta bağlı araşdırma aparılır.