Gəncə şəhərində qıcolma tutan şəxsin qohumları səhvən yanğın söndürənləri çağırıblar, xəstə ölüb.
Unikal.org report-a istinadən xəbər verir ki, şəhərin Məhsəti Gəncəvi qəsəbəsində yaşayan sakin qıcolma keçirib. Bu zaman onun yaxınları təcili yardım əvəzinə səhvən Föfqəladə Hallar Nazirliyinin 101 qaynar xəttinə zəng vuraraq hadisə yerinə yanğın söndürən maşın çağırıblar.
Nazirliyin Gəncə Şəhər Yanğından Mühafizə İdarəsindən bildirilib ki, çağrılış əsasında deyilən ünvana 4 yanğınsöndürən maşın göndərilib.
Daha sonra çağırışın səhvən olduğu məlum olub və hadisə yerinə təcili tibbi yardım çağrılıb. Təcili tibbi yardrım maşını hadisə yerinə gələnə qədər xəstə ölüb.