Bakıda 53 yaşlı kişi qohumları tərəfindən döyülüb.
Unikal.org "Report"a istinadən xəbər verir ki, hadisə Xətai rayonunda qeydə alınıb.
Belə ki, NZS qəsəbəsində yaşadığı evdə 1964-cü il təvəllüdlü Azər Zamin oğlu Həsənov adları hələlik açıqlanmayan iki qohumu tərəfindən döyülüb. A.Həsənov baş və bədən nahiyələrindən ağır xəsarət alaraq xəstəxanaya yerləşdirilib.
Faktla bağlı Xətai Rayon Polis İdarəsində araşdırma aparılır.