Baş Sumqayıt-Sumqayıt-sərnişin stansiyaları arasında yeraltı keçidin tikintisi ilə əlaqədar olaraq, martın 18 və 19 tarixlərində Bakı-Sumqayıt-Bakı elektrik qatarlarının hərəkəti müvəqqəti olaraq dayandırılacaq.

Unikal.org xəbər verir ki, bu barədə "Azərbaycan Dəmir Yolları" Qapalı Səhmdar Cəmiyyətinin ictimaiyyətlə əlaqələr şöbəsinin rəhbəri Sevinc Qədirova məlumat verib.