Bolqarıstan Ankaranı ölkədə vaxtından əvvəl keçiriləcək parlament seçkilərinə müdaxilə etməkdə ittiham etdikdən sonra Türkiyədəki səfirini məsləhətləşmələr üçün geri çağırıb.
Bu barədə Unikal.org "Frans Pressə istinadən xəbər verir. Agentlik bildirir ki, bundan əvvəl Türkiyənin Sofiyadakı səfiri çıxışı zamanı Bolqarıstandakı türkyönümlü "Dost partiyasını dəstəkləyib.
Bundan başqa rəsmi Sofiya Ankaranın Türkiyədə yaşayan 60 min bolqara Dost partiyasına səs verməyə çağırdığını iddia edərək, bu addımı Bolqarıstanın daxili işlərinə birbaşa müdaxilə adlandırıb.
Bolqarıstanda parlament seçkilərinin keçirilməsi martına 26-na planlaşdırılıb.