Korrupsiya işi üzrə araşdırmalar zamanı həbs olunan Ukrayna Dövlət Fiskal Xidmətinin (DFX) sabiq sədri, azərbaycanlı Roman Nəsirov 100 milyon qriven (3,7 milyon dollar) dəyərində girov qarşılığında azadlığa buraxılıb.
Unikal.org Ukrayna mətbuatına istinadən xəbər verir ki, Nəsirov ailəsinin girov qoymaq üçün bu qədər vəsaiti haradan aldığını açıqlamayıb.
"Bu astronomik məbləği tapdıqları üçün öz ailəmə minnətdaram. Hesab edirəm ki, hazırda KİV vasitəsilə bütün məlumatları yenidən yoxlamaq və günahsız olduğumu daha sürətlə sübut etmək imkanlarım var", - deyə məlumatda bildirilir.
Qeyd edək ki, martın üçü azərbaycanlı Roman Nəsirov Ali Radanın deputatı Aleksandr Onişenkonun cinayət işi üzrə saxlanılıb.