Yerli şou-biznes əhli imicində dəyişiklik etməyə çox meyillidir. Ən çox dəyişənlər qadınlar olsa da, kişilər də "qonşudan qalma dala" prinsipini əsas gətirərək, öz imiclərində yenilik etmək, dəyişmək, hətta plastik əməliyyat etməkdən belə çəkinmirlər.
Unikal.org illər ərzində saç və saqqal stilləri dəyişən kişi məşhurlarımızın siyahısını təqdim edir.
"Tarkansayağı" saqqaldan lumberseksual görüntüyə qədər bütün stilləri miks edən şou əhli və sıralaması belədir:
1. Saç və saqqal dəyişikliyi dedikdə ilk olaraq ağla cənab qızıl şlayger, xalq artisti Faiq Ağayev gəlir. Çünki səhnə mədəniyyəti və işləri ilə yanaşı onu başqalarından fərqləndirən Azərbaycan mentallığını radikal şəkildə qıran ilk kişi müğənnisi olması idi. Qısa qara saçlardan "Pəncərə" klipindəki tünd sarı saçlara kimi dəyişən xalq artistinin imici hər zaman ən çox danışılan mövzulardan olub.
2. Müğənni Kərim Abbasov da yeniliklərə qaçanlardan olub. Onu iki aydan bir yeni saç stili ilə görməyə artıq tamaşaçının da gözləri öyrəşib.
3. Sözsüz ki, ən fərqli saç düzümləri ilə ekranlara çıxanlardan biri də bəstəkar- müğənni Rəhim Rəhimlidir. Hər geyindiyi paltara uyğun saç düzümü edən Rəhimin bircə xalq artisti Aygün Kazımovanın doğum günündəki xalatı ilə saç düzümü uyuşmamışdı. Fərqliliyi hiss etdirən sənətçi məncə, xalatda bir az saçları islaq gəlsə, daha məqsədə uyğun olardı.
4. "Bura Bakıdır"la öz imzasını qoyan aparıcı Ranar Musayevin saç düzümləri layihələri qədər danışılmasa da, ondakı dəyişikliliyin fərqinə varmamaq mümkün deyil.
5. Aparıcı demişkən, evləndirmədən tutmuş-boşanmayadək bütün ailə-məişət zəminində baş verən hadisələri öz proqramlarında həyata keçirən əməkdar mədəniyyət işçisi Zaur Baxşəliyevin rəngarəng saçları olmasa da həmişə fərqli görünməyə çalışanlardandır.
6. Yerli şou-biznesin Murad Bozu, ilk dəfə "Uçduq" klipindəki öpüşmə səhnəsindən sonra saç düzümünü də "uçurdanlardandır". İllər ərzində saqqallarını uzadıb lumberseksual olan Zamiqin yeni görüntüsü onu daha xarizmatik göstərir.
7. Bir müddət öncə saçlarını saraldıb sosial mediada izləyicilərin tənqidi ilə üzləşən Ramal sonradan öz orijinal saçlarına qayıtdı.
8. "Eurovision 2011" müsabiqəsindəki qalibiyyəti ilə uğur qazanan Eldar Qasımov son 6 ildə fərqli saç düzümləri ilə tamaşaçının qarşısında olub. Saçlarının çox kiçik hissəsini saraldan Eldar izləyicilərin sərt reaksiyası ilə qarşılaşsa da, sakit qaldı. O, bununla kütlə arxasınca qaçmayan müğənni olduğunu bir daha göstərmiş oldu.
9. Şübhəsiz ki, bu sırada bir neçə müğənni olmalı idi, çünki saçına tük əkdirən təkcə Elariz deyil. Amma düşündük ki, çiynənməmiş mövzu yalnız Elarizin yeni saçlarıdır. Və qarşınızda sənətçinin "before-after" fotosu.
10. Yaxınlarda ata olmağa hazırlaşan Elçin də "Şip-şirin"dən tutmuş "İstədim"ə qədər hər dəfə müxtəlif mahnılarında cüzi də olsa dəyişikliyə uğrayıb. Onun saç düzümləri toyu kimi gizli qalsa da, biz üzə çıxarmaq istədik.
11. İtirdiyi kilolarla fit bir bədən quruluşu yığan Abbas Bağırovun bədəni qədər olmasa da, saçları da illər ərzində dəyişikliyə uğrayıb.
12. "Next" qrupundakı saçları ilə diqqətləri özünə çəkən aparıcı-müğənni Seyran Babayev böyüdükcə saçlarının həcmini kiçildənlərdəndir. İnanmırsınız? Baxın!
13. 16 yaşında "Yeni Ulduz" yarışmasında "Duy-duy" adlı mahnı oxuyub, səsini bütün Azərbaycana duyuran Çingiz Mustafayev tez-tez gitaranın tellərini qırsa da, öz tellərinə diqqətlə yanaşır.
14. Ondan başqa məşhurların 90%-i saç əkdirməyə, kəsdirməyə, rəngləməyə qaçsa da, o bunların heç birini etmədi. Çünki ortada heç bir saç yox idi. Qarşılayın! İllərdir dəyişməyən imici ilə Arzu Rzayev!â â â â primetime.az