"Gəlin danışaq" verilişinin qonağı müğənni Niyam Salami və Səidə Sultan olub.
Unikal.org xəbər verir ki, Səidə mətbəx qabiliyyətindən danışıb:
"Yemək bişirməyi çox sevirəm. Allah qismət eləsin öz yerimi açım, orada daha çox yemək bişirim. Şəkərbura, qoğal da bişirməyi sevirəm. Amma tam gözəl bacarmıram. Naxış vurmağı bilmirəm".
N.Salami isə şəkərburaya gözəl naxış vurduğunu deyib:
"Rəsm işləri ilə məşğul olmuşam deyə bu cəhətdən yaxşıyam. Səidə qəşəng yemək bişirir. Mən xəstə olanda mənə umac eləmişdi. Çox gözəl kotlet bişirmişdi. Ağzımın suyu axdı lap".