Sumqayıtda top mərmisi aşkar edilib.

Unikal.org Fövqəladə Hallar Nazirliyinin məlumatına istinadla xəbər verir ki, nazirliyin Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə Sumqayıt şəhərində döyüş sursatı aşkarlanması barədə məlumat daxil olub. Nazirliyin Xüsusi Riskli Xilasetmə Xidmətinin pirotexnikləri lazımı tədbirlərin görülməsi üçün hadisə yerinə cəlb edilib və döyüş tətbiqinə yararlı 1 ədəd 122 millimetr çaplı top mərmisini aşkar edərək aidiyyəti üzrə təhvil veriblər.

Xilasedicilər əraziyə əlavə baxış keçirib və digər növ şübhəli əşya aşkar etməyiblər.
Qeyd edək ki, bu cür döyüş süratlarının təmizlənməsi işi Azərbaycan Ərazilərinin Minalardan Təmizlənməsi üzrə Milli Agentliyinə (ANAMA) həvalə edilib.