Gecə saatlarında Səbail rayonu Zərifə Əliyeva küçəsi, 89-da yol qəzası baş verib.

Unikal.org avtosfer.az-a istinadən xəbər verir ki, Bakı şəhər Dövlət Yol Polisi İdarəsinin 4-cü tağımının inspektoru, polis serjantı Yunis Bayram oğlu Yolçuyevin idarə etdiyi "BMW" markalı 99-YP-346 dövlət nömrə nişanlı avtomobil qəzaya düşüb. DYP maşını işıqforun qırmızı işığında keçən Xocalı rayon sakini Mehman Telman oğlu Həsənovun idarə etdiyi "Volksvagen Passat" markalı 99-KL-549 dövlət nömrə nişanlı avtomobil tərəfindən vurulub. Hadisə nəticəsində xəsarət alan olmasa da, avtomobillərə maddi ziyan dəyib.

Faktla bağlı araşdırma aparılır.