Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan, Çanaqqala Zəfərinin 102-ci il dönümü münasibətilə keçirilən mərasimə qatılıb.

Unikal.org xəbər verir ki, prezident burada maraqlı çıxışlar edib.

Ərdoğan vurğulayıb ki, Türkiyədə Konstitusiyaya dəyişikliklərlə bağlı referendum aprelin 16-da keçiriləcək: "İnanıram ki, bu seçkilərdə qələbə qazanacağıq və inşallah bundan sonra parlamentdə edam cəzasının da bərpası ilə bağlı da müzakirələrə başlayacağıq. Heç narahat olmayın. 16 Apreldən sonra parlamentdə edam tələbi keçdiyi an mən təsdiqləyəcəm. Corç nə deyəcək, Hans nə deyəcək bizi maraqlandırmır. Xalqım nə deyəcək, haqq nə deyəcək bizi bu maraqlandırar".