Martın 29-da Bakı Apelyasiya Məhkəməsində həbsdə olan bloqqer Mehman Hüseynovun apellyasiya şikayətinə baxılacaq.
Unikal.org xəbər verir ki, bu haqda M.Hüseynovun vəkili Elçin Sadıqov deyib.
Onun sözlərinə görə, şikayət bloqqer barəsində çıxarılan azadlıqdan məhrum etmə qərarı ilə bağlıdır.
M. Hüseynov martın 3-də Suraxanı rayon Məhkəməsinin qərarı ilə 2 il müddətinə azadlıqdan məhrum edilib
M.Hüseynov 2017-ci il yanvarın 9-da Nəsimi rayon 22 saylı Polis Bölməsi tərəfindən saxlanılıb. Ertəsi gün Nəsimi Rayon Məhkəməsi M.Hüseynovu 200 manat cərimə edərək sərbəst buraxıb. Jurnasitlər önünə çıxan M.Hüseynov polis bölməsndə saxlandığı müddətdə işgənəclərə məruz qalması haqda açıqlama verib.
Nəsimi Rayon Polis İdarəsinin rəisi Musa Musayev bunu polisə böhtan sayaraq bloqqerə arşı xüsusi ittiham qaydasında iddia qaldırıb. Bu iddia əsasındaM.Hüseynov 2 il müddətinə azadlıqdan məhrum edilib.