"Azərenerji stabil olaraq, bütün vaxtlarda istənilən şəraitə uyğun qabaqlayıcı tədbirlər görür

Bu barədə Unikal.org-a "Azərenerji Açıq Səhmdar Cəmiyyətinin İctimaiyyətlə əlaqələr və mətbuat xidmətinin rəisi Yəhya Babanlı bildirib. O, qeyd edib ki, adi günlərdə olduğu kimi xüsusi günlərdə də qarşıya qoyulan vəzifələr (müvafiq işlər) tam məsuliyyətlə yerinə yetirilir: "Sistemin dayanıqlığı diqqət mərkəzində saxlanılır. Novruz bayramı xalqımızın əziz bayramıdır. Bayram günlərində də təchizatçılar fasiləsiz, keyfiyyətli elektrik enerjisi ilə təmin ediləcək. Son illər elektrik enerji sisteminin mövcud infrastrukturunun modernləşdirilməsi, müasir texnologiyaların tətbiqi nəticəsində sistemin dayanıqlığı daha da artırılıb və situasiyalara hazırlıq səviyyəsi yüksəldilib. İstər bayram günləri, istərsə də digər vaxtlarda elektrik enerjisinə olan təlabatı ödəmək üçün əhəmiyyətli dərəcədə generasiya gücünə malikik. Məhz bunun təzahürüdür ki, "Azərenerji ASC respublikamızın elektrik enerjisi təhlükəsizliyinin təmin edilməsi, ölkəmizin etibarlı elektrik enerjisi ilə təchizatı vəzifəsinin öhdəsindən inamla gəlir. Bayram günlərində də "Azərenerji ASC-nin struktur vahidinə daxil olan qurumlar həmişəki kimi stabil fəaliyyət göstərir. Xalqımızın Novruz bayramını təbrik edirik.