Cəlilabad rayonunda oğurluq hadisəsi baş verib.
Unikal.org "Report"a istinaən xəbər verir ki, 12 ədəd su sayğacı naməlum şəxs tərəfindən oğurlanıb.
Cəlilabad Rayon Polis Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində hadisənin şəhər sakini Rayəddin Əhmədov tərəfindən törədildiyi məlum olub. O, polis əməkdaşları tərəfindən saxlanılıb.
Faktla bağlı araşdırma aparılır.