"Martın 9-da Bakı-Sumqayıt yolunda baş verən avtobus qəzasında həlak olanlardan biri də Sumqayıt Dövlət Universitetinin tələbəsi Rəşad Canıyev idi. Rəşad ailədə iki bacının bir qardaşı idi, atası da ötən ilin aprelində vəfat edibmiş. Rəşadın ailəsinin telefon nömrəsini tapdım, onlara zəng edib, özümü təqdim etdim. Anası və bacısı ilə danışdım. Oğullarına görə başsağlığı verdim, bayramlarını təbrik etdim.

Unikal.org-un məlumatına görə, bu barədə sosial şəbəkədəki hesabında Milli Məclisin deputatı Aydın Mirzəzadə bildirib.

A.Mirzəzadə qeyd edib ki, bayram günündə onları yada salmağı özünə borc bilib: "Bakıda olmadıqlarını, şəhərə qırx mərasimindən sonra qayıdacaqlarını dedilər. Razılaşdıq ki, həmin zaman bir qrup deputatla onlara gələcəyik.