Bərdədə yanğın qeydə alınıb.

Unikal.org Fövqəladə Hallar Nazirliyinin (FHN) saytına istinadən xəbər verir ki, Bərdə şəhərində vətəndaşa məxsus ümumi sahəsi 168 m2 olan birmərtəbəli 5 otaqlı evin dəhlizinin tavanı 13 m2 sahədə və 3 otaqda ev əşyaları qismən yanıb.

Evin qalan hissəsi yanğından mühafizə olunub.

Yanğın saat 00:17-də yanğınsöndürənlər tərəfindən söndürülüb.