Martın 19-da saat 21 radələrində Xətai rayonunun X.Rüstəmov küçəsində Ağdam rayon sakini Ruslan Nuriyev idarə etdiyi "London Taxi markalı avtomobillə yolu keçən Bakı şəhər sakini Hüseyn Qafarovu vurub.

Unikal.org-un Daxili İşlər Nazirliyinin saytına istinadən verdiyi məlumata görə, xəstəxanaya yerləşdirilən piyada orada ölüb.