Bu gün səhər Paris Ali Məhkəməsi binaya bomba qoyulması barədə anonim zənglə əlaqədar boşaldılıb.
Unikal.org APA-ya istinadən xəbər verir ki, binaya bomba qoyulması barədə polisə zəng yerli vaxtla saat 10.12 (Bakı vaxtı ilə saat 13.12) radələrində daxil olub.
Məhkəmə binasının yerləşdiyi Parisin IX dairəsinə minaaxtaranlar gəlib, axtarış aparılır.