Belarusun hava məkanından keçməklə Ermənistandan Bolqarıstana, daha sonra isə Xorvatiyaya uçması nəzərdə tutulan təyyarədə radiasiya fonu normadan 250 dəfə çox olan avadanlıq aparıldığı üzə çıxıb.

Unikal.org Apa-ya istinadən xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında Belarus Dövlət Sərhəd Xidmətinin Sərhəd nəzarət idarəsinin rəisi Oleq Lyaşuk bildirib.

Qeyd edək edək ki, martın 19-da Ermənistandan Bolqarıstana uçan təyyarə tranzit olaraq keçdiyi Belarusun Qomel aeroportunda yoxlanılan zaman göyərtəsində radioaktiv yük aşkarlanıb. Bu barədə ilk dəfə bu gün "Qərb-2017 Rusiya-Belarus hərbi təliminin təşkili ilə bağlı iclasda Belarus prezidenti Aleksandr Lukaşenko məlumat verib.