Şəmkirdə 1939-cu il təvəllüdlü qadın döyülüb.
Unikalorg-un APA-ya istinadən verdiyi məlumata görə, Şəmkir şəhər sakini Zəhra Məmmədova müxtəlif bədən xəsarətləri ilə Şəmkir Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib.
Ona tibbi yardım göstərilib, vəziyyətinin orta ağır olduğu bildirilir. Məlumata görə, qadın mübahisə etdiyi şəxs tərəfindən döyülüb.
Faktla bağlı hüquq-mühafizə orqanları tərəfindən araşdırma aparılır.