Bakıda qətl törədilib.

Unikal.org apa-ya istinadən xəbər verir ki, bu barədə Yasamal rayon Prokurorluğundan məlumat verilib.

Bildirilib ki, hadisə "Qanlıgöl ətrafındakı evlərdən birində qeydə alınıb. Orada yaşayan 1974-cü il təvəllüdlü Əkbər Əjdər oğlu Quliyev qısqanclıq zəmnində həyat yoldaşı, 1975-ci il təvəllüdlü Firuzə Məhəmməd qızı Quliyevanı bıçaqlayıb. Dörd bıçaq zərbəsi alan F. Quliyeva hadisə yerindəcə keçinib.
Hadisəni törədən Ə. Quliyev saxlanılıb.

Faktla bağlı cinayət işi başlanıb, istintaq gedir.