Müğənninin həyat yoldaşı zorlanan qadının tərəfini tutub
Rusiyanın "Ulduzlar fabriki" layihəsinin iştirakçısı, müğənni Pyer Nartsiz kriminal xəbərlərinin qəhrəmanına çevrilib.
Unikal.org xəbər verir ki, müğənni sevgilisi, radio aparıcı Marianna Suvorovanı zorlayıb və döyüb. Bu haqda zərərçəkən aparıcı polisə ərizə yazaraq bildirib. O bildirib ki, Pyer bir neçə aydır ki, onunla münasibət qurmağa çalışır. Özünü romantik kimi qələmə verən müğənni əslində vəhşi və kobud biri olub. Bu haqda Suvorova bildirib. Belə ki, içkili halda olan müğənni bir gecədə dəfələrlə radio aparıcısını zorlayıb, döyüb. Suvorova isə gözlərini xəstəxana palatasında açıb:
"Mən yalnız ağrı hiss edirdim. Hər şey kobud şəkildə baş verirdi. Xatırladığım şey qana boyanmış mələfə idi. Mən köməyə çağırırdım, o isə məni ancaq döyürdü. O, mənim ağzımı və burnumu əli ilə sıxırdı ki, nəfəs ala bilməyim. Ağlayıb, yalvarırdım. O, məni harasa sürüyürdü və mən huşumu itirdim. Bu bir neçə dəfə davam etdi".
Müğənninin həyat yoldaşı Valeriya Kalaçova baş verənlərdən təəccüblənməyib. O, həyat yoldaşının içki aludəçisi olduğunu və dəfələrlə müğənninin hücumuna məruz qaldığını açıqlayıb. Və dəfələrlə ailə-məişət şəraitində zorlandığını bildirib. Buna görə də boşanmaq üçün ərizə verdiyini də söyləyib:
Müğənni isə haqqında yayılan xəbərlərin heç birini şərh etməyib.