Rusiya OPEK ölkələri ilə saziş çərçivəsində neft hasilatının sutkalıq həcmini 2016-cı ilin oktyabrının müvafiq göstəricisi ilə müqayisədə 185 min barelədək azaldıb.
Unikal.org-un "RİA Novostiyə istinadən verdiyi xəbərə görə, bu barədə Rusiyanın energetika naziri Aleksandr Novak bildirib.
Onun sözlərinə görə, bu göstərici martın sonuna sutkada 200 min, aprelin sonuna isə 300 min barel təşkil edəcək.
Qeyd edək ki, Küveytin paytaxtında səfərdə olan A.Novak martın 26-da neft hasilatının azaldılmasına dair sazişin icrasının monitorinqi üzrə komitənin iclasında iştirak edəcək.
Monitorinq komitəsinə OPEK üzvü olan üç ölkə (Venesuela, Küveyt, Əlcəzair) və təşkilata üzv olmayan Rusiya və Oman daxildir. İclasda habelə Səudiyyə Ərəbistanının nümayəndəsi və OPEK-in baş katibi Məhəmməd Barkindo da iştirak edəcək.