İtaliyanın şimalında yerləşən Liquriya bölgəsində yük maşını yolda çalışan işçilərin üzərinə aşıb.
Unikal.org-un Rusiya KİV-lərinə istinadən xəbər verir ki, 2 nəfər hadisə yerində dünyasını dəyişib. İlkin məlumatlara görə, Genuya şəhəri istiqamətində hərəkət edən maşının sürücüsü idarəetməni itirərək, "Opel markalı minik avtomobili ilə toqquşandan sonra aşıb. Nəticədə avtomobil çuxura düşüb, yük maşını isə yeddi nəfər işçinin üzərinə aşıb. Qəza yerinə təcili yardım maşınları, yanğın söndürənlər, ödənişli yolun nümayəndələri o cümlədən yol polisləri cəlb olunub.