Müğənni Səidə Sultan sevdiyi insanın ona heç vaxt xəyanət etmədiyini etiraf edib.
Unikal.org xəbər verir ki, publika.az-ın "Üç nöqtə layihəsinin suallarını bu həftə məşhur müğənni cavablandırıb.
- İndiki ağlım olsaydı...
- Öz işimdə daha çox işlər görə bilərdim.
- Zəmanət verə bilərəm ki...
- Vaxtı gələndə hər şey öz yerinə düşəcək.
- Dünyanı dəyişmək imkanım olsaydı...
- Səsi və istedadı olmayan ifaçıları, həm də musiqiçiləri Azərbaycan tarixindən silərdim.
- Kişilər o qadınlara xəyanət etmir ki...
- Bilmirəm, sevdiyim kişi mənə heç vaxt xəyanət etməyib. Belə halla rastlaşmamışam.
- Seviləsi qadın olmağın ilkin şərti...
- Əsas odur ki, qarşı tərəf sevsin.
- Qadına qarşı şiddət...
- Öldürərəm!
- Vicdanım haqqı...
- Vicdanım yaxşı işləyir.
- Mən təəssüf edirəm ki...
- Həqiqətən də təəssüf edirəm ki, Azərbaycan musiqisinin bu günki vəziyyəti yaxşı deyil.
- Yaxşı gündə, pis gündə...
- Mehriban olaq.
- Tənhalıq qadın üçün lənətdir, yoxsa ki...
- Lənətdir.
- Vanqa nənə ilə görüşsəydim...
- Alnından öpərdim, fala baxdırmazdım. Çünki fala baxırdmağı sevmirəm.
- Ən böyük səhvim...
- İnsanlara tez inanmaqdır.
- Unuda bilmədiyim sevgilimə demək istəyirəm ki...
- Səni sevirəm!
- Bəşəriyyətin gələcəyini düşünəndə...
- Tüklərim biz-biz olur.
- Günahlarım yadıma düşəndə...
- Vicdan əzabı çəkirəm.
- Ona görə xəcalət çəkirəm ki...
- Kiminsə qəlbinə dəyəndə xəcalət çəkirəm.