Bakının mərkəzində əcnəbi vətəndaş qəza törədib.
Unikal.org criminal.az-a istinadən xəbər verir ki, o, kirayə götürdüyü Kia markalı avtomobili Heydər Əliyev sarayının qarşısında aşırdıb. Onun idarə etdiyi avtomobil əvvəlcə Bülbül prospekti ilə Füzuli küçəsinin kəsişməsində olan işıqforda VAZ 2107 markalı avtomobilə çırpılıb, sonra aşıb.
Qəza zamanın KİA-nın içərisində sürücünün ailə üzvləri olub, onlar qəza zamanı xəsarət alıblar. Faktla bağlı araşdırma aparılır.