Çəkilişdən sonra aktyorun vəziyyəti pisləşib
Türkiyənin məşhur "İçerde serialının çəkilişi zamanı qəribə hadisə baş verib.
Unikal.org "Hüriyyet"-e istinadən xəbər verir ki, 26-cı seriyada aktyor Çətin Tekindorun canlandırdığı Cəlal baba obrazı, düşməni olan Qüdrəti tabuta qoyaraq diri-diri basdırır.
Məlumata görə, tamaşaçıları şoka salan bu səhnənin çəkilişi 5 dəfə təkrarlanıb. Qüdrət obrazını canlandıran aktyor Uğur Yücel klaustrofobiyası olduğunu və üstünə torpaq töküləndə qorxduğunu deyib.
"Qapalı və dar yerdə qalmaq qorxum var. Üstümə də torpaq töküləndə qorxdum. Diri-diri torpağa basdırılmaq pis şey imiş. - deyə Uğur Yücel qorxusunu ifadə edib.