Bakıda 14 yaşlı qız itkin düşüb.

Unikal.org-un lent.az-a istinadən məlumatına görə, martın 27-də, saat 07:30 radələrində Mərdəkan qəsəbəsində, 2003-cü il təvəllüdlü Leyla adlı qız yaşadığı evdən çıxıb və bir daha qayıtmayıb.

İtkin düşmüş qızın xarakterik əlamətləri aşağıdakılardır: boyu - 150 sm, qara uzun saçları.

Evdən çıxarkən əynində qara rəngli yubka, dəri gödəkcə və ağ rəngli idman ayaqqabısı olub.

Qızı görənlərdən və ya barəsində hər hansı məlumatı olanlardan (012) 454- 22- 22, (055) 777 - 27 -11 nömrələri ilə əlaqə saxlamaları xahiş olunur.