Bakının mərkəzində xanımlar arasında dava düşüb.
Unikal.org xəbər verir ki, Xəqani küçəsi 24 ünvanının qarşısında ("Tarqovı məhəllə istiqaməti) Sumqayıt şəhər sakini, 1993-cü il təvəllüdlü Qasımova Zülfiyyə Tağı qızı ilə 1997-ci ildə anadan olmuş paytaxt sakini Rəşidova Nəzrin Şahin qızı arasında dava düşüb.
Yaxınlıqdakı şəxslər çalışsa da bir-birini vurub, saçını yolan qızları ayıra bilməyiblər. Ərazidə xidmət aparan post patrul polisinin müdaxiləsindən sonra onları sakitləşdirmək mümkün olub. Hər iki qız polis bölməsinə aparılıb və izahatları alınıb. (Lent.az)