Bakı Dövlət Universitetinin müəllimlərinin yaşadığı binanın 9-cu mərtəbəsindəki mənzillərdən birində baş verən yanğın söndürülüb. 

Unikal.org-un məlumatına görə, hazırda yanğının miqyası, səbəbləri, dəymiş ziyanın həcmi müəyyənləşdirilir. 

 Hadisə ilə bağlı əlavə məlumat veriləcək. 

xxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxx

Bakıda yanğın baş verən bina Bakı Dövlət Universitetinin müəllimlərinin yaşadığı binadır. 

Unikal.org-un apa-ya istinadən məlumatına görə, yanğın Yeni Yasamal 2 Yaşayış Massivində yerləşən 10 nömrəli binanın 9-cu mərtəbəsində baş verib. 

Hazırda yanğınsöndürənlər yanğını söndürməyə çalışırlar.  

xxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxx

Fövqəladə Hallar Nazirliyinin (FHN) Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə, Bakı şəhəri, Yasamal rayonunda çoxmərtəbəli yaşayış binasında yanğının baş verməsi barədə məlumat daxil olub.

Unikal.org-un FHN-in saytına istinadən verdiyi məlumata görə, dərhal Nazirliyin Dövlət Yanğından Mühafizə Xidmətinin canlı qüvvə və texnikası hadisə yerinə cəlb olunub.

Yanğının söndürülməsi istiqamətində işlər davam etdirilir. Əlavə məlumat veriləcək.-‹