Şəmkirdə qadın kimyəvi maddə içərək intihara cəhd edib.
Unikal.org-un apa-ya istinadən məlumata görə, Şəmkir şəhər sakini, 1991-ci il təvəllüdlü Salahova Günay Şakir qızı zəhərlənmə əlaməti ilə xəstəxanaya yerləşdirilib, ona tibbi yardım göstərilib.
Məlum olub ki, qadın təmizləyici kimi istifadə olunan kimyəvi məhlul içərək zəhərlənib. G. Salahovanın ailə münaqişəsi zəminində intihara cəhd etdiyi bildirilir.
Faktla bağlı Şəmkir rayon Polis Şöbəsində araşdırma aparılır.