Şabran rayonunda fərdi yaşayış evində baş verən yanğın söndürülüb. 

Unikal.org-un apa-ya istinadən verdiyi məlumata görə, rayonun Xırdaoymaq kənd sakini Zakir Alışova məxsus, ümumi sahəsi 176 kvadratmetr olan 2 mərtəbəli yaşayış evi külə dönüb. Ev sahibinin sözlərinə görə, ona ümumilikdə 30-35 min manat ziyan dəyib.

Yanğının söndürülməsi üçün əraziyə Şabran Dövlət Yanğından Mühafizə Hissəsinin 2 yanğınsöndürən briqadası cəlb olunub. Yanğın söndürülüb, alovun daha geniş əraziyə keçməsinin qarşısı alınıb.

Yanğının səbəbləri araşdırılır.