Kvislend universitetinin paleontoloqlar qrupu Avstraliyanın şimal-qərbində iri ölçülü dinozavr izi aşkar ediblər.
AzNews.azxarici KİV-ə istinadən xəbər verir ki, nəhəng iz James Price Point sahilində tapılıb.
Dinozavrın "pəncə"sinin uzunluğu rekord ölçüdə - 1,6 metrdir. Ümumilikdə alimlər 21 müxtəlif növlü sürünənin izlərini aşkar ediblər.
Alimlər güman edirlər ki, dinozavrlar bu ərazidə 127-144 milyon il əvvəl məskən salıblar.