Şəmkir sakini zəhərlənib.
Unikal.org apa-ya istinadən xəbər verir ki, rayonun Yeni Həyat kənd sakini, 1999-cu il təvəllüdlü Orucova Telli Nazim qızı sirkə turşusundan zəhərlənmə əlaməti ilə Mərkəzi Rayon Xəstəxanaya yerləşdirilib. Ona tibbi yardım göstərilib. Vəziyyətinin orta-ağır olduğu bildirilir. T. Orucova səhvən sirkə turşusu içdiyini deyib.
Faktla bağlı araşdırma aparılır.