Kürdəmir sakini intihar edib.
Unikal.org apa-ya istinadən xəbər verir ki, hadisə ötən gün axşam saatlarında rayonun Mürtülü kəndində baş verib. Kənd sakini, 1964-cü il təvəllüdlü Xalid İsmayıl oğlu Məmmədovun meyitini yaxınları həyətdəki qarajın tavanından asılı vəziyyətdə aşkarlayıblar.
Məlumata görə, X. Məmmədov ruhi xəstə olub. Faktla bağlı rayon prokurorluğunda araşdırma aparılır.