Bakıda marşrut avtobusunun sürücüsü sərnişini ölümdən xilas edib.

"BakuBusın mətbuat xidmətindən Unikal.org-a verilən məlumata görə, hadisə martın 26-sı saat 18:40 radələrində Azadlıq prospektindən 28 May metrostansiyası istiqamətində hərəkətdə olan "BakuBusa məxsus 8 nömrəli marşrut xəttində baş verib.
 
Qeyd edək ki, hadisə ilə bağlı təqdim olunan videogörüntüdən də aydın olur ki, avtobus Neftçi İdman Sağlamlıq Mərkəzinə yaxınlaşarkən sərnişinlərdən birinin qəflətən səhhəti pisləşib və müvazinətini itirərək yerə yıxılır. Bu zaman sürücü avtobusu təhlükəsiz yerdə saxlayaraq halı pisləşmiş sərnişinə yardım edir. Sərnişinin huşunu itirdiyini görən sürücü onu avtobusun salonundan təhlükəsiz şəkildə kənara çıxarır və daha sonra avtobusda olan tibbi yardım vasitələrindən istifadə etməklə sərnişinə ilk tibbi yardımı göstər. Bundan sonra sürücü sərnişini əraziyə çağrılmış təcili tibbi yardım əməkdaşlarına təhvil verir.