Bakıda üç gün əvvəl maşınla vurulan piyada xəstəxanada ölüb.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən Unikal.org-a verilən məlumata görə, martın 25-də Xəzər rayonunun Binə qəsəbəsi ərazisində Bakı şəhər sakini Günel Dəniz idarə etdiyi "KİA markalı avtomobillə yolu keçən Hacıqabul rayon sakini Ramin Əkbərovu vurub.

Xəstəxanaya yerləşdirilən piyada martın 28-də orada ölüb.

Faktla bağlı Xəzər Rayon Polis İdarəsi tərəfindən araşdırma aparılır.