Bakıda 31 yaşlı kişi qonşusu tərəfindən döyülüb.

Unikal.org-un xəbərinə görə, hadisə Sabunçu rayonunda qeydə alınıb.

Belə ki, Ramana qəsəbəsi, Şuşa şəhərciyində 1986-ci il təvəllüdlü Məmmədov Anar Asif oğlu qonşusu (hələlik adı açıqlanmır) ilə əlbəyaxa mübahisə edib. Dava zamanı A.Məmmədov taxta parçası ilə başından və bədənin müxtəlif nahiyələrindən xəsarət alıb. A.Məmmədov xəstəxanaya yerləşdirilib.

Faktla bağlı Sabunçu Rayon Polis İdarəsinə şikayət edilib və araşdırma aparılır.(report)